Larisa Dolina 77 min manat qazanacaq

13:11 23.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Xalq Artisti Larisa Dolina paytaxt Moskvanın məşhur klublarında silsilə konsert proqramı ilə çıxış etməyə hazırlaşır.

Hafta.az xəbər verir ki, yerli mətbuatın yaydığı məlumatda sənətçinin biletlərinin qısa müddətdə satıldığı və bunun da tədbirlərə marağın yüksək olduğunu göstərdiyi bildirilib.

Məlumata əsasən, müğənni planlaşdırılan üç konsertdən ümumilikdə 3,5 milyon rubl gəlir əldə edəcək. Bu məbləğ təxminən 77 min manatdan artıqdır.

Çıxışlar 25 və 26 may, həmçinin 26 iyul tarixlərinə təyin olunub. Konsertlərin keçiriləcəyi məkanda cəmi 91 tamaşaçı yeri var. Məhdud sayda yer olması proqramlara marağı daha da artırıb və biletlərin tez tükənməsinə səbəb olub.

Qiymətlərə gəlincə, standart oturacaqlar üçün biletlər 9 500 rubldan başlayır. Səhnəyə daha yaxın yerləşən masa yerləri isə 18 500 rubla qədər təklif olunur. Bu da elit atmosferdə canlı ifa dinləmək istəyənlər üçün xüsusi imkan yaradır.